...

Ağdaşda partlayış - bir nəfər öldü

Cəmiyyət Materials 2 Fevral 2017 10:07 (UTC +04:00)
Ağdaş rayonunda partlayış olub.
Ağdaşda partlayış - bir nəfər öldü

Bakı. Samir Əli - Trend:

Ağdaş rayonunda partlayış olub.

Ağdaş rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 1-də baş verib.

Rayon ərazisində mənzillərdən birində qısaqapanmadan yanğın başlayıb. Yanğın nəticəsində evdə olan qaz balonu partlayıb. Evdə yaşayan Mustafayev Səftər Mustafa oğlu hadisə zamanı mənzildə qaldığından yanıb ölüb.

Yanğın söndürüləndən sonra evdən onun yanmış meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti