...

Moskvanın daha bir aeroportundan Bakıya uçuşların CƏDVƏLİ açıqlandı

Cəmiyyət Materials 3 Fevral 2017 18:32 (UTC +04:00)
Rusiyanın “İkar” aviaşirkəti 2017-ci il martın 14-dən başlayaraq Moskvanın “Jukovski” Beynəlxalq hava limanından Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.
Moskvanın daha bir aeroportundan Bakıya uçuşların CƏDVƏLİ açıqlandı

Bakı. Maksim Tsurkov - Trend:

Rusiyanın “İkar” aviaşirkəti 2017-ci il martın 14-dən başlayaraq Moskvanın “Jukovski” Beynəlxalq Hava Limanından Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Verilən məlumata görə, “İkar” aviaşirkəti fevralın 13-dən martın 25-dək qış mövsümü çərçivəsində Bakıya uçuşlar keçirməli idi.

Lakin yanvarın 30-da aviaşirkətin reysləri bir ay müddətinə təxirə salması barədə məlumat daxil oldu.

Beləliklə, martın 14-dən başlayaraq “İkar” həftədə 4 dəfə uçuşlar həyata keçirəcək. Martın 26-dan isə, yay mövsümü başladıqdan sonra uçuşlar hər gün həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti