...

Bakıda püskürən vulkanla bağlı araşdırmalar aparılır

Cəmiyyət Materials 7 Fevral 2017 10:45 (UTC +04:00)
AMEA-nın Geologiya və Geofizika İnstitutu “Otman bozdağ” vulkanının püskürməsi ilə bağlı araşdırmalar aparır.
Bakıda püskürən vulkanla bağlı araşdırmalar aparılır

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Geologiya və Geofizika İnstitutu “Otman bozdağ” vulkanının püskürməsi ilə bağlı araşdırmalar aparır.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Trend-ə verilən məlumata görə, fevralın 6-da AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi qeydə alınıb.

Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də baş verib.

RSXM-nın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlidən aldığımız məlumata görə, “Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib.

Qeyd edək ki, “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir. AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti