...

Azərbaycanda əhalinin sayı artıb

Cəmiyyət Materials 17 Fevral 2017 17:22 (UTC +04:00)

Bakı. Trend:

Ölkə üzrə əhalinin sayı 2016-cı il ərzində 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin 53,0 faizi şəhər, 47,0 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır.

Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olmuşdur.

Xəbər lenti

Xəbər lenti