...

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2017 13:36 (UTC +04:00)
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib   (FOTO)

Bakı. Trend:

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva fevralın 26-nın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd edib.

Tədbirdə institut əməkdaşlarından Din və ictimai fikir tarixi şöbəsinin müdiri f.ü.f.d. Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin müdiri f.ü.e.d Vilayət Cəfərov, Cənubi Azərbaycan şöbəsinin müdiri t.ü.f.d. doktoru Səməd Bayramzadə, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri i.ü.e.d. Dünyamalı Vəliyev və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti