...

BDU rektoru beynəlxalq mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2017 12:37 (UTC +04:00)
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov növbəti beynəlxalq mükafata layiq görülüb.
BDU rektoru beynəlxalq mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov növbəti beynəlxalq mükafata layiq görülüb.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Rektor Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəldilməsində böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə beynəlxalq “Mahmud Kaşqari” mükafatı və medalı ilə təltif edilib.

Mükafatı “Mahmud Kaşqari” Fondunun prezidenti Elxan Qaraxanlı təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti