...

Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 6 Aprel 2017 12:52 (UTC +04:00)

Bakı. Trend:

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumdan Trend-ə verilən məlumata görə, analoji işlər bu gün axşam saatlarından 22:00-dan başlayaraq Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağından - “20 Yanvar” dairəsinədək olan hissəsində aparılacaq.

Qeyd edək ki, rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti