...

Britaniyadan Azərbaycana əntiq əşyanın keçirilməsi cəhdinin qarşısını alınıb (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2017 16:34 (UTC +04:00)

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşyanın gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Böyük Britaniyadan ölkəmizə karqo vasitəsilə gələn boru yüklərinin arasından gömrük orqanlarına bəyan edilməyən, tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşya-bir ədəd heykəlcik aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti