...

Qəbul imtahanında 3 abituriyent 700 bal toplayıb

Cəmiyyət Materials 3 May 2017 20:16 (UTC +04:00)
Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.
Qəbul imtahanında 3 abituriyent 700 bal toplayıb

Bakı. Trend:

Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Xəbər lenti

Xəbər lenti