...

Bakı və Cakarta arasında birbaşa uçuşların həyata keçirilməsi müzakirə olunub

Cəmiyyət Materials 5 May 2017 15:37 (UTC +04:00)
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin parlamentində Regional Nümayəndələr Şurasının yeni seçilmiş sədri Oesman Sapta ilə görüşüb.
Bakı və Cakarta arasında birbaşa uçuşların həyata keçirilməsi müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin parlamentində Regional Nümayəndələr Şurasının yeni seçilmiş sədri Oesman Sapta ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, T.Qarayev Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun ona ünvanlandığı təbrik məktubunu çatdırıb. O.Sapta məktubu məmnuniyyətlə qəbul edərək, Milli Məclis sədrinə səmimi təşəkkürünü çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla İndoneziya arasında parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və onların qarşılıqlı səfərlər vasitəsilə möhkəmləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə İndoneziya Parlamentində keçirilmiş tədbir və Birinci Komissiyanın (xarici əlaqələr) verdiyi bəyanata toxunulub, İndoneziyanın bundan sonra da Azərbaycana verdiyi dəstəyi davam etdirəcəyi vurğulanıb.

Görüşdə, həmçinin, ikitərəfli münasibətlərin gündəmi, o cümlədən yüksək səfərlər, iki paytaxt arasında birbaşa uçuşların həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti