Bakı. Vüqar İmanov - Trend:
Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.
Trend-in məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu günədək Azərbaycan idmançılarının İslamiadada 33 qızıl, 23 gümüş və 12 bürünc medal əldə etdiklərini vurğulayıb:
"Bu, son deyil, idmançılarımızdan yeni qələbələr gözləyirik".
Sonra medalçılara hədiyyələr verilib.
Qonaqlara konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.