...

Bakı-2017: Daha bir Azərbaycan idmançısından nümunəvi hərəkət (VİDEO)

Cəmiyyət Materials 16 May 2017 22:02 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi taekvando yarışının yarımfinalında Azərbaycan idmançısı nümunəvi hərəkəti ilə yadda qalıb
Bakı-2017: Daha bir Azərbaycan idmançısından nümunəvi hərəkət (VİDEO)

Bakı. Trend:

Bakı. Taleh Ağaverdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi taekvando yarışının yarımfinalında Azərbaycan idmançısı nümunəvi hərəkəti ilə yadda qalıb.

Trend-in məlumatına görə, mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov yarımfinal görüşündə zədələnən türkiyəli rəqibi Deniz Dağdeleni ayağa qalxmasına və yarış yerini tərk etməsinə kömək edib.

Bakı-2017: Azərbaycan cüdoçusundan nümunəvi hərəkət (VİDEO)

Bakı-2017: Azərbaycan cüdoçusundan nümunəvi hərəkət (VİDEO)

Qeyd edək ki, bundan əvvəl kişi cüdoçuların komanda yarışının finalında Azərbaycan idmançısı Uşanqi Kokauri zədələnən əlcəzairli rəqibi Nəcib Temmarın ayağa qalxmasına kömək edib.

Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti