...

ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyun 2017 16:29
ADU-da 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib.
ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dillər Universitetində (ADU) 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev tədbirin əhəmiyyətini vurğulayaraq iştirak edən qonaqlara təşəkkürünü bildirib, onları iştirakçılara təqdim edib.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla belə əlamətdar günlərin qeyd olunmasının dövlətçilik siyasəti və universitetin daxili həyatı üçün çox vacib məsələ olduğunu bildirib. Azərbaycan ordusunun dünyanın ən mütəşəkkil, daxili cəhətdən sağlam və hədəflərə doğru irəliləməyi bacaran ordularından biri olduğunu diqqətə çatdıran K.Abdulla onun həm silah-sursat, həm də ümumi mənəvi ruh yüksəkliyi cəhətdən son dərəcə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, ölkəmizdə tolerant əhval-ruhiyyənin və multikulural münasibətlərin dərinləşməsi istiqamətində tədbirlərin Azərbaycan ordusuna da sirayət etdiyini, tərkibində müxtəlif millətlərin nümayəndələrinin xidmət etdiyi orduda hər hansı anlaşılmazlıq və ziddiyyətlərin yaşanmadığını ifadə edib. K.Abdulla bunu Azərbaycan ordusunun vahid bir struktura malik olması, eyni zamanda ordumuzda tolerant ab-havanın hökm sürməsi ilə izah edib.

Azərbaycan ordusunun tolerantlıq ruhunda formalaşmasının öz təcrübəsi, ənənəsi olduğunu deyən rektor Ulu öndər Heydər Əliyevin ən böyük missiyasının ordu qurulucuğu olduğunu söyləyərək bu ənənənin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini sözlərinə əlavə edib. O, Prezidentə ordu quruculuğu işində uğurlar arzulayıb, gənc nəslin vətənpərvər ruhda yetişməsi istiqamətində ADU-nun da öz üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Tədbirə qonaq qismində qatılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov zabit-əsgər heyətinin vətənpərvər ruhda formalaşması və maariflənməsi istiqamətində təhsil müəssisələrinin rolundan danışıb. O, təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Dənizçilik Akademiyasının nümayəndəsi Vüqar Abdullayev, ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov, Regionşünaslıq kafedrasının baş müəllimi Bədirə Kərimova və Sosial elmlər kafedrasının müəllimi Leyla Hacıyeva mövzu ətrafında fikirlərini iştirakçıların diqqətinə çatdırıblar. Onlar Azərbaycan ordusunda multikultural və tolerant həyat tərzi, orduda xidmət edən müxtəlif millətlərdən olan hərbçilərdən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti