...

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu (FOTO)

Cəmiyyət Materials 27 İyun 2017 13:09 (UTC +04:00)
ETSN-in “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.
Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu (FOTO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, şikayət ETSN-nin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli yaşköküstə 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon polis idarəsinə göndərilib.

Eyni zamanda, sözügedən ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti