...

"AVO MUN" layihəsinə start verilir

Cəmiyyət Materials 29 İyun 2017 18:38 (UTC +04:00)
ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start veriləcək.
"AVO MUN" layihəsinə start verilir

Bakı. Trend:

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start veriləcək.

“ASAN Könüllüləri” Təşkilatından Trend-ə verilən məlumata görə, BMT-nin simulyasiyası əsasında baş tutacaq layihədə16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.

14-16 iyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya ingilis və Azərbaycan dillərində keçiriləcək.

Layihədə simulyasiyalar komanda olaraq 2 komitədə, 1-ci “Security Council”- Təhlükəsizlik şurası ingilis dilində, digər 2-ci komitə “Baş Şura” Azərbaycan dilində baş tutacaq və 30 ölkə təmsil olunacaq. Layihəyə qeydiyyat və iştirak tamamilə ödənişsizdir.

İştirak etmək istəyənlər 29 iyun-7 iyul tarixlərində müraciət formasını dolduraraq qeydiyyat üçün müraciət edə bilərlər.

Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır.

Qeydiyyat linki: https://goo.gl/bZmFuV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti