Azərbaycan və Belçika qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə fəaliyyəti müzakirə edib (FOTO)

Azərbaycan və Belçika qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə fəaliyyəti müzakirə edib (FOTO)

Bakı. Trend:

Belçika Krallığının Daxili İşlər Xidmətinin İmmiqrasiya idarəsinin rəhbəri Freddi Rosmuntun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər qoyublar. Qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev nümayәndә heyәti ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycanla Belçika Krallığı arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub. Azərbaycanın keçmiş sovet respublikaları içərisində Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan-Belçika əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Ötən illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında əməkdaşlığın inkişafına töhfə verdiyinə diqqət çəkilib. Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğu, həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqların daha da yaxınlaşmasına töhfə verdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələrə toxunulub. Bu əlaqələrin miqrasiya sahəsində də əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar açdığı məmnunluqla ifadə edilib.

F.Nəbiyev Azərbaycanla Belçika Krallığı arasında siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələr kontekstində Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə Belçikanın müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. Azərbaycan və Belçika Krallığının Daxili İşlər Xidmətinin İmmiqrasiya idarəsi arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycanda miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkən Xidmət rəisi miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında fikirlərini bölüşüb. Bakı şəhərində və Yevlaxda müasir standartlara cavab verən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin fəaliyyət göstərdiyini söyləyib.

F.Nəbiyev Azərbaycanda miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qanunvericilik bazası haqqında danışıb. Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) haqqında məlumat verib. O bildirib ki, VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində 20 faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində 1 milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır.

Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, son illərdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in həyata keçirilməsi üzrə Azərbaycanla Belçika arasında qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, eyni zamanda miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələr sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir.

F.Rosmunt Azərbaycana səfərindən məmnun olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini deyib. O, miqrasiya idarəetməsi sahəsində Azərbaycanda vahid qurumun fəaliyət göstərməsini, eyni zamanda bu sahədə bir normalar məcmusunun - Miqrasiya Məcəlləsinin olmasını təqdir edib. Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını söyləyib.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Bütün xəbərlər