Bakı. Trend:
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti – C.Cabbarlı küç. arası) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, sözügedən küçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir.