...

Bakıda daha bir marşrut xətti dəyişdirildi (VİDEO)

Cəmiyyət Materials 11 İyul 2017 14:16 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.
Bakıda daha bir marşrut xətti dəyişdirildi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti