Bakı. Samir Əli - Trend:
Bakının Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə içməli suyun verilməsində fasilə yaranıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, suyun dayandırılmasına səbəb rayonun Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisidir.
Bu səbəbdən də ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərzində Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.