...

"Azərkosmos" meşə yanğınlarının görüntülərini Gürcüstana verib

Cəmiyyət Materials 24 Avqust 2017 19:26 (UTC +04:00)
"Azersky" peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinə təqdim olunub.
"Azərkosmos" meşə yanğınlarının görüntülərini Gürcüstana verib

Bakı. Trend:

"Azərkosmos" Borjomidəki meşə yanğınlarının görüntülərini Gürcüstana təqdim edib.

Trend Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğınları ilə mübarizədə qonşu ölkəyə yardım göstərilməsilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, "Azərkosmos" ASC-nin idarəçiliyində olan "Azersky" peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinə təqdim olunub.

Hər zaman olduğu kimi qonşu ölkəyə öz yardımını göstərən Azərbaycan dövləti kosmik təsvirləri yüksək ayırdetmə ilə operativ şəkildə qarşı tərəfin istifadəsinə verib.

Bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanın həcmi dəqiq qiymətləndirilib. Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir.

Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün "Azersky" peyki tərəfindən operativ qaydada və yüksək ayırdetmədə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti