...

İdarə rəisi: Bakı məktəblərinin yalnız 15%-də şagird sıxlığı var

Cəmiyyət Materials 11 Sentyabr 2017 10:49 (UTC +04:00)
Bakı məktəblərinin yalnız 15%-də şagird sıxlığı müşahidə edilir.
İdarə rəisi: Bakı məktəblərinin yalnız 15%-də şagird sıxlığı var

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı məktəblərinin yalnız 15%-də şagird sıxlığı müşahidə edilir. Həmin məktəblərdə də uşaqların qəbulu mikro-ərazi prinsipi əsasında aparılır.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

O qeyd edib ki, bundan əlavə, uşağın bacı-qardaşı həmin məktəbdə oxuyursa, valideynlərə problem yaratmamaq üçün həmin uşaqlar da bu məktəblərə yerləşdirilir.

M.Vəliyeva bildirib ki, Bakının 85% məktəblərində sıxlıq müşahidə olunmur və nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir:

"Valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər. I sinifə qəbulda 45 mindən çox uşaq artıq məktəblərə sənədlərini təqdim edib. Biz 46 mindən çox uşağın yeni tədris ilində I sinifə qəbulunu proqnozlaşdırmışıq və gözləyirik".

İdarə müdiri vurğulayıb ki, bu il ümumi orta təhsil səviyyəsində (IX sinif) məzunlarının buraxılış imtahanlarının nəticələri ötən illə müqayisədə 4,75% artıb:

"Eyni zamanda, XI sinfin buraxılış imtahanlarında da məzunların göstəricilərində artım müşahidə olunub. Qəbul nəticələrinə gəlincə, bu il keçirilən qəbul imtahanlarında məzunlara iki dəfə qəbul imtahanı vermək imkanının yaradılması ümumilikdə, qəbul imtahanlarının nəticələrinə şərait yaradıb və bu, Bakı şəhərində də özünü göstərib. Bu il İdarənin tabeliyində fəaliyyət göstərən məktəblərin məzunları arasında 5 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb. Eyni zamanda, 500-600 bal arası nəticə göstərənlərin sayı da kifayət qədərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti