...

SON XƏBƏRDARLIQ - Kolleclərə qəbul olunanların qeydiyyatı başa çatır

Cəmiyyət Materials 13 Sentyabr 2017 10:26 (UTC +04:00)
Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.
SON XƏBƏRDARLIQ - Kolleclərə qəbul olunanların qeydiyyatı başa çatır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti