...

Bakıda "Gazelli" zavodunda yanğın söndürüldü (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Sentyabr 2017 17:08 (UTC +04:00)
"Gazelli" zavodunda baş vermiş yanğın artıq söndürülüb.
Bakıda "Gazelli" zavodunda yanğın söndürüldü (YENİLƏNİB)

İlk xəbər saat 16:50-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

Trend-in məlumatına görə, "Gazelli" zavodunda baş vermiş yanğın artıq söndürülüb.

FNH-dən verilən məlumata görə, hazırda yanmış ərazinin söküntüsü aparılır.

X X X

Bakıda "Gazelli" kosmetika zavodunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.

Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti