Bakı. Azad Həsənli - Trend:
Rusiyanın Dövlət Ekspertiza Baş İdarəsi ölkənin Azərbaycanla sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikinti layihəsinə müsbət rəy verib.
Trend-in məlumatına görə, yeni transsərhəd avtomobil körpüsü hazırda fəaliyyət göstərən körpüdən 60 metr məsafədə tikiləcək. Layihəyə əsasən, 1957-ci ildə tikilmiş körpü və ətraf infrastruktur da rekonstruksiya ediləcək.
Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək. Körpünün seysmik davamlılığı 9 bala bərabər olacaq.