...

Akademik Həsən Əliyevin yubileyi ilə bağlı hazırlanan kitabın təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2017 19:48 (UTC +04:00)
“Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyanın təqdimat mərasimi keçirirlib.
Akademik Həsən Əliyevin yubileyi ilə bağlı hazırlanan kitabın təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan təbiət elminin parlaq siması, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar yenicə çapdan çıxmış “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı monoqrafiyanın təqdimat mərasimi keçirirlib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərovun müəllifliyi və Universitet Elmi Şurasının qərarı əsasında nəşr olunan kitabda Akademik Həsən Əliyevin həyat və yaradıcılığı, 110 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər, xatirələr öz əksinin tapıb.

Həsən Əliyevin məzunu olduğu aqronomluq fakültəsinin tədris korpusunda keçirilən mərasimi giriş sözü ilə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov açaraq görkəmli alimin həyatı və elmi axtarışları, eləcədə Azərbaycan təbiətinin qorunması ilə bağlı fəaliyyətindən danışıb.

Tədbirdə Aqronomluq fakültəsinin Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov, universitetin tədris şöbəsinin müdiri, kitabın redaktoru, dosent Nüsrət Hüseynov, Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva çıxış edərək akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan bu kitabın ərsəyə gəlməsinə görə müəllifə təşəkkürlərini bildirib, alimin keçdiyi mənalı həyat yolu və elmi yaradıcılığının gənc nəsil üçün örnək olacağını söyləyiblər. Bildirilib ki, Akademik Həsən Əliyevin yazdığı qiymətli əsərlər həmişə olduğu kimi, bu gün də universitetin professor-müəllim heyətinin və tələbələrin stolüstü kitablarına çevrilib. Bu gün universitetdə onun adını daşıyan Ekologiya və meşəçilik kafedrası, xüsusi auditoriya və 110 illik yubileyi ərəfəsində əsası qoyulan Dendroloji bağ fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti