Bakı. Azad Həsənli - Trend:
Azərbaycan ildə 3,5 milyonadək turisti qəbul etmək potensialına malikdir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bu nəticələrə çatmaq üçün Azərbaycanın turizm sektoru inkişaf etməlidir:
“Bizdə üç ulduzlu mehmanxana təsərrüfatı yavaş inkişaf edir. Bu cür mehmanxanaların sayı artmalıdır. Azərbaycan enerji sektorunu fəal şəkildə inkişaf etdirdiyi üçün ölkəyə enerji biznesi ilə bağlı şəxslər səfər edirdi. Bununla bağlı olaraq, Azərbaycanda beş ulduzlu hotellər tikilib”.