...

Kitabxana işçiləri “Ümid yeri” uşaq sığınacağının qonağı olub (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2017 20:09 (UTC +04:00)
Tədbirdə “Ümid yeri” uşaq sığınacağının müəllim və uşaqları, eləcə də Xəzər rayon MKS-in kollektivi iştirak edib.
Kitabxana işçiləri “Ümid yeri” uşaq sığınacağının qonağı olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası “Ümid yeri” uşaq sığınacağında uşaqların sevimli nənəsi Gülzar İbrahimova ilə görüş keçirib.

Trend-in məlumatına görə, tədbirdə “Ümid yeri” uşaq sığınacağının müəllim və uşaqları, eləcə də Xəzər rayon MKS-in kollektivi iştirak edib.

Ümid yeri uşaq sığınacağının direktoru N.Mənsimova çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib. Gülzar nənə uşaqlara milli nağıllarımızı və öz şeirlərini oxuyub, onlarla müxtəlif interaktiv, əyləncəli oyunlar keçirib. Sonda uşaqlara kitablar hədiyyə olunub.

Xəbər lenti

Xəbər lenti