...

Azərbaycana 20-25 min pakistanlı gəlib - Birbaşa aviareys aktualdır? (ÖZƏL)

Cəmiyyət Materials 20 Oktyabr 2017 08:00 (UTC +04:00)
Pakistanla Azərbaycan arasında birbaşa aviareysin açılmasının vaxtı çatıb
Azərbaycana 20-25 min pakistanlı gəlib - Birbaşa aviareys aktualdır? (ÖZƏL)

Bakı. Gülqız Muradova, Azad Həsənli - Trend:

Pakistanla Azərbaycan arasında birbaşa aviareysin açılmasının vaxtı çatıb.

Bunu Trend-ə müsahibəsində Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, hər il Azərbaycana çoxlu sayda pakistanlı səfər edir: "Məsələn, bu il Azərbaycana 20-25 min pakistanlı gəlib".

Onun fikrincə bu qədər pakistanlı turistin Azərbaycana gəlişi Türkiyə, Misir və bir sıra ərəb ölkələrindəki vəziyyətlə bağlıdır. Səfir qeyd edib ki, qarşılıqlı turizmin inkişafının vacib aspekti birbaşa aviareyslərin açılmasıdır.

O vurğulayıb ki, ötən il İslamabad və Bakı arasında uçuşlar "Türk Hava Yolları" tərəfindən həyata keçirilsə də, bəzi maliyyə məsələləri ilə əlaqədar reys bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti