...

İnterpol mənimsəmədə təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Cəmiyyət Materials 20 Oktyabr 2017 22:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanda mənimsəmədə təqsirləndirilən daha bir şəxs beynəlxalq axtarışa verilib.

Trend-in məlumatına görə, 1976-cı il təvəllüdlü Nizami Bayramov mənimsəmədə ittiham olunub.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən N.Bayramov barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı tərəfindən N.Bayramov haqqında həbs qətimkan tədbiri seçilib və onun saxlanılaraq istintaqa təhvil verilməsi barədə qərar çıxarılıb. İnterpol həmin qərar əsasında N.Bayramov barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti