...

Mərkəz direktoru: Bakıda təhlükə Xəzərdəki zəlzələ ocaqlarından gözlənilir

Cəmiyyət Materials 23 Oktyabr 2017 11:58 (UTC +04:00)
Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik zəlzələ ocaqları var.
Mərkəz direktoru: Bakıda təhlükə Xəzərdəki zəlzələ ocaqlarından gözlənilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik zəlzələ ocaqları var. Abşeronun, Bakının zəlzələ ilə bağlı təhlükəsi də Xəzərdə mövcud olan zəlzələ ocaqlarından gözlənilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin dibində seysmometrlərin quraşdırılması üçün aparatlar üç il əvvəl alınıb: "Lakin onlar bu günədək quraşdırılmayıb. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olundu ki, bu məsələdə bizə yardımçı olsunlar. Çünki biz üç ilə yaxındır ki, dib seysmometrlərini almışıq, ancaq onlar indiyədək mərkəzin anbarında qalıb”.

Q.Yetirmişli bildirib ki, həmin seysmometrlər Xəzər dibinin seysmikliyini dəqiq öyrənməyə imkan verəcək: "Onlar, eyni zamanda, Xəzərdəki platformalarda, kommunikasiya xətlərində baş verə biləcək təhlükəni minimuma endirməyə yardım edəcək. Yataqlarda fəsadların əmələ gəlməsi, platformalarda olan çökmələr, yanma və s. – gələcəkdə bu riskləri minimuma endirmək məqsədilə stansiyalardan faydalanmaq mümkün olar. Onların quraşdırılmasının elmi baxımdan da çox böyük faydası olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti