...

Azərbaycanda elmin büdcədənkənar vəsaitlə maliyyələşdirilməsi stimullaşdırılacaq

Cəmiyyət Materials 27 Oktyabr 2017 11:14 (UTC +04:00)
Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də çəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.
Azərbaycanda elmin büdcədənkənar vəsaitlə maliyyələşdirilməsi stimullaşdırılacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də çəlb olunmasının stimullaşdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, 2018-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması planlaşdırılır.

Bununla yanaşı, mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elm tutumlu mütərəqqi texnologiyalar əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması da sənəddə prioritet istiqamət kimi qeyd edilib.

Ölkədə elmi kadrların hazırlanmasını tənzimləmək məqsədi ilə təşkilatların və ali məktəblərin təklifləri əsasında elmi kadrların hazırlanmasının vahid planı hazırlanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti