...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva baleti çox sevir və onu himayə edir – Nikolay Tsiskaridze

Cəmiyyət Materials 1 Noyabr 2017 12:57 (UTC +04:00)
Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva baleti çox sevir və onu himayə edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva baleti çox sevir və onu himayə edir – Nikolay Tsiskaridze

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva baleti çox sevir və onu himayə edir.

Trend-in məlumatına görə, bunu “Moskva-Bakı” saytına müsahibəsində Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridze deyib.

O qeyd edib ki, noyabrın sonunda Bakıya səfər edəcək və burada bir sıra ustad dərsləri keçəcək: “Mənim Azərbaycana dəvət olunmağımda Mehriban Əliyevanın da rolu var. Ona görə, fikrimcə, Azərbaycanda hər şey yaxşı alınacaq”.

O, həmçinin əlavə edib ki, gələcəkdə Rusiya Balet Akademiyası da Azərbaycana səfər edə bilər: “Əlbəttə, Sovet İttifaqının dağılmasından sonra bütün keçmiş ittifaq ölkələrində baletin Rusiya təsirinə çox ehtiyacı var. Mən bu barədə dəfələrlə danışmışam. Gürcüstan, Azərbaycan, Litva, Ukrayna və s. baletləri 1991-ci ildə başlayıb. Buna qədər bu ölkələrdə baletin tarixi Rusiya ilə sıx bağlı idi və əgər ümumiləşdirsək, bütün bunlar Rusiya imperiyası dövründə rus baleti, Sovet İttifaqı dövründə sovet baleti idi”.

N.Tsiskaridzenin sözlərinə görə, Moskva və Sankt-Peterburqdan təcrübə “axını” olmadan postsovet ölkələri bu sahədə böyük çətinliklər yaşayıb: “Ona görə də ixtisasın artırılmasında zərurət var. Ümid edirəm ki, Azərbaycana səfərimdən sonra ölkələrimizin balet ictimaiyyəti arasında daha sıx əlaqələr qurulacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti