...

Uşaqların yuxusu pozulubsa, deməli...

Cəmiyyət Materials 20 Noyabr 2017 23:20 (UTC +04:00)
Müasir texnologiyalar üzərində aparlına tədqiqatlar nəticəsində məlum olub ki, smartfon, noutbik, planşet kimi qurğular daha çox uşaqların sağlamlığına təsir edir
Uşaqların yuxusu pozulubsa, deməli...

Bakı. Trend:

Müasir texnologiyalar üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, smartfon, noutbik, planşet kimi qurğular daha çox uşaqların sağlamlığına mənfi təsir edir.

Trend-in məlumatına görə, ABŞ-ın Kolorado universitetinin mütəxəssisləri bu qənaətə gəliblər.

Ən təhlükəlisi isə bu qurğuların işıqlarının azyaşlılarda yuxu prosesinə təsir etdiyi qeyd olunub.

5-17 yaş arası uşaqlar arasında aparılan təcrübələr nəticəsində məlum olub ki, ekran qarşısında daha çox vaxt keçirən uşaqlar daha pis yatırlar.

Mütəxəssislər belə hallar olarsa, həkimə müraciət etməyin mütləq olduğu kimi, bu cür qurğulardan uzaq durmağı da vacib sayırlar.

Xəbər lenti

Xəbər lenti