...

Milli Oftalmologiya Mərkəzi rayonlarda əhaliyə tibbi yardım göstərir (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2017 09:27 (UTC +04:00)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə rayonlarda əhaliyə tibbi yardım göstərir
Milli Oftalmologiya Mərkəzi rayonlarda əhaliyə tibbi yardım göstərir (FOTO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası 13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə rayonlarda əhaliyə tibbi yardım göstərir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, artıq noyabrın 9-da Şəmkir rayonunda əhaliyə tibbi yardım göstərilib. Aksiyanın təşkilatçılıq işlərinə Şəmkir rayon Heydər Əliyev Mərkəzi dəstək göstərib.

Mərkəzin 12 nəfərdən ibarət həkim və tibb işçisinin iştirak etdiyi aksiya çərçivəsində Şəmkirdə 200-dən çox pasient müayinə olunub və 20 cərrahiyyə əməliyyatı aparılıb.

Aksiyanın məqsədi dünyanın mübarizə apardığı korluğun qarşının alınması prosesində fəal iştirak etməkdir. Aksiya çərçivəsində gözlə bağlı problemi olan pasientlərə bir sıra məsəhətlər verilir, eləcə də müayinə və müalicələr aparılır.

Noyabrın 10 və 11-də isə Tovuz rayonlarında əhaliyə tibbi yardım göstəriləcək.

Y.Abdiyeva qeyd edib ki, mərkəzinin həyata keçirdiyi aksiyalar ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissə hesab oluna bilər. 2005-ci ildən indiyədək mərkəzin səyyar klinikası respublikanın 87 rayon və şəhərlərində 122 aksiya keçirib. Aksiya zamanı 21 645 nəfər xəstə müayinə və müalicə olunub, 2 465 xəstə cərrahi əməliyyat olunub. Cərrahi əməliyyatlar ümümi xəstələrin 11,39%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti