...

ASAN və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2017 13:33 (UTC +04:00)
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumu imzalanıb.
ASAN və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barəəd Trend-ə ASAN-dan məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli və bu qabaqcıl təcrübənin İSESCO-nun üzv dövlətlərində tətbiqi məsələləri, dövlət xidmətlərinin göstərilməsində innovasiyalardan faydalanma, 21-ci əsrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində rastlaşılan çağırışlar barədə fikir mübadiləsi aparıblar.

Agentliyin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib. Həmçinin o, Dövlət Agentliyinin son illərdəki yenilikləri və uğurlu layihələri, o cümlədən tabeliyində yaradılmış “ABAD” mərkəzlərinin fəaliyyəti barədə İSESCO baş direktorunu məlumatlandırıb.

Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd Dövlət Agentliyi və İSESCO arasında mövcud ikitərəfli əməkdaşlığı daha da gücləndirmək, İSESCO-ya üzv ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığı təşviq etdirməkdir.

Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun üzvləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti