...

Azərbaycan Universiteti Rusiyanın elmi istinad bazası ilə əməkdaşlığa başlayıb (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2017 11:30 (UTC +04:00)
Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb.
Azərbaycan Universiteti Rusiyanın elmi istinad bazası ilə əməkdaşlığa başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti ilə Rusiya Federasiyasının elmi istinad bazası olan (RİNS) РИНЦ arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Bu barədə Trend-ə Universitetdən məlumat verilib.

Müqaviləyə əsasən, universitetin “İpək Yolu” elmi jurnalı RİNS-in https://elibrary.ru baza saytında yerləşdirilib. Bu baza Rusiyanın əsas elmi istinad mənbəyi hesab edilir və “Thomson Reuters” Agentliyinin “Clarivate Analytics” təşkilatı ilə ilə əməkdşlıq edir.

Yaxın perspektivdə “İpək Yolu” jurnalının 2017-ci ildən başlayaraq bütün nömrələrinin bu bazada yerləşdiriləcək və indekslənəcək.

Qeyd edək ki, 1997-ci ildən nəşr olunan “İpək Yolu” jurnalı beynəlxalq bazalardan Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), COSMOS Impact Factor (Germany), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) tərəfindən artıq indekslənmək üçün qəbul edilib.

Jurnal həmçinin AAK-ın Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti