...

"İş yerinə dair arayış" e-xidmətinə müraciətlərin sayı 56,8 faiz artıb

Cəmiyyət Materials 4 Dekabr 2017 12:25 (UTC +04:00)
Noyabr ayında “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb.
"İş yerinə dair arayış" e-xidmətinə müraciətlərin sayı 56,8 faiz artıb

Bakı. Trend:

Noyabr ayında “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb. İndiyədək bu e-xidmətə 752,4 min dəfə müraciət olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət olunmadan, bunun üçün müəyyən vaxt sərf edilmədən, istənilən vaxt iş yerinə dair arayış əldə edə bilməyə imkan verir. Bunun nəticəsidir ki, həmin e-xidmətə müraciətlərin sayı artmaqda davam edir və cari ilin noyabr ayında da “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artaraq 35452-yə çatıb.

Müvafiq autentifikasiya vasitələrindən istifadə etməklə sistemə “E-hökumət” portalına daxil olan istifadəçi burada “E-xidmətlər” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidmətini seçir. Bu elektron xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur və “Yeni arayış” menyusu seçildikdən sonra istifadəçi müvafiq məlumatları daxil edərək iş yeri ilə bağlı arayışı formalaşdırır. Həmçinin istifadəçinin aidiyyəti üzrə arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən, konkret quruma təqdim etmək üçün, yaxud ümumi təyinatlı arayış kimi formalaşdırmaq, onu istər kağız formasında çap edərək təqdim etmək, istərsə də lazımi elektron ünvana göndərmək və s. imkanları vardır.

“İş yerinə dair arayış” xidməti kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayır. Digər tərəfdən, bu e-xidmət iş yeri ilə bağlı arayış alınması və təqdim olunması sahəsində bir sıra bürokratik halların aradan qalxmasına, arayışlarda bir qayda olaraq real və dürüst məlumatların əksini tapmasına şərait yaradır. Qeyd olunan amillər isə müvafiq qurumlarda “İş yerinə dair arayış” e-xidməti vasitəsilə formalaşan arayışlara üstünlük verilməsinə səbəb olub.

İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 752,4 min dəfə müraciət olunub ki, bu da “E-hökumət” portalındakı 18 növdə e-arayış xidmətləri üzrə ümumi müraciətlərin təqribən yarıya qədərini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti