...

“V Ağıl Oyunları Festivalı”na yekun vurulub (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2017 19:09 (UTC +04:00)
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “V Ağıl Oyunları Festivalı” layihəsinin final mərhələsinə yekun vurulub.
“V Ağıl Oyunları Festivalı”na yekun vurulub (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezindetnti yanında Gənclər Fondunun dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “V Ağıl Oyunları Festivalı” layihəsinin final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, final mərhələsini giriş sözü ilə açıq elan edən Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov iştirakçıları salamlayaraq intellektual oyunların gənclərin asudə vaxtının səmərəli təşkilində və onların inkişafında önəmli rolunu vurğulayıb. Belə yarışların ənənəvi hal almasının vacbiliyinindən və gələcəkdə də bu tip intellektual yarışların davamlı olaraq təşkil olunacağını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov intellektual oyunların təşkilinin Fondun prioritet layihələri arasında olduğunu deyib. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm də fiziki şəxslərin Fonda layihələr təqdim etmək imkanlarının olduğunu vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Azər Abbasəliyev çıxışında özünün də intellektual oyunlarla məşğul olduğunu və bunun gənclərin inkişafında çox vacib rolu qeyd edib, iştirakçılara uğurlar arzu edib.

Final oyununa seçim turlarında ən yaxşı nəticə göstərən Azərbaycanın 12 regionundan olan 13 komanda və Bakını təmsil edən 27 komanda vəsiqə qazanmışdı. Final mərhələsi çərçivəsində 40 komanda iki kubok uğrunda mübarizə aparıb. Regionlardan gələn komandaların həvəsləndirilməsi məqsədi ilə “Regionlar Kuboku” və Bakının ali təhsil ocaqlarından olan komandalar üçün isə oyunun əsas simvolu olan “V Ağıl Oyunları Festivalı”nın kuboku təqdim edilib.

Turnirdə Elmidar Süleymansoyun baş redaktoruluğu ilə tərtib edilmiş 36 sualdan ibarət sual paketi oynanılıb. Üç turdan ibarət olan yarışın “Regionlar Kuboku”nu Şabran rayonunun “Maqnat” komandası qazanıb. “V Ağıl Oyunları Festivalı”nın kubokunu başı üzrinə qaldırmaq isə Bakı Mühəndislik Universitetinin “Prometey” komandasına nəsib olub. Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti