...

Gürcüstanla sərhədlərin delimitasiyası niyə uzanır?

Cəmiyyət Materials 12 Dekabr 2017 12:22 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə birgə komissiya indiyədək bütün normativ hüquqi sənədləri qəbul edib.
Gürcüstanla sərhədlərin delimitasiyası niyə uzanır?

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə birgə komissiya indiyədək bütün normativ hüquqi sənədləri qəbul edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, hazırda komissiya razılaşdırılmış plan əsasında sərhəddə sərhəd işarələrinin qoyulması və digər müvafiq qurğuların quraşdırılması üzrə işlər həyata keçirir: "Gələn il də bu işlər davam etdiriləcək. Bunun üçün görüşlər mütəmadi keçirilir".

X.Xələfov bildirib ki, Gürcüstanla sərhədlərin delimitasiya isə hələ bitməyib: "Delimitasiya üzrə danışıqlar hələ davam etdirir. Yəqin ki, gələn ilin əvvəlindən bu məsələ ilə bağlı Gürcüstanla da danışıqları intensivləşdirəcəyik".

Gürcüstanla sərhədlərin delimitasiyasının ləngiməsi məsələsinə münasibət bildirən nazir müavini əlavə edib ki, bu, uzunmüddətli bir prosesdir: "Çünki hər bir sahə üzrə aylarla tədqiqatlar aparılır. Ona görə də vaxtın uzanması təbii prosesdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti