...

Ceyhun Bayramov: Bu il beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb

Cəmiyyət Materials 15 Dekabr 2017 13:53 (UTC +04:00)
Azərbaycanda 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.
Ceyhun Bayramov: Bu il beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 2013-cü illə müqayisədə 2017-ci ildə beynəlxalq fənn olimpiadalarına 7 dəfə çox şagird qatılıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bəzi təmayüllü liseylərdə beynlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb.

Hazırda respublikanın orta ümumtəhsil məktəblərində Kiçik Akademiyaların fəaliyyət göstərdiyini deyən C.Bayramov həmin akademiyaların alimlərlə əlaqələrinin yaradılması, şagirdlərlə tədqiqat aparmaq, elmi nəticələri ümumiləş­dir­mək və onları təqdim etmək bacarıqlarının aşılanması, şagirdlər üçün konfrans və müsabiqələrin təşkil edilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Avropa Komissiyası, AMEA və bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilən "Nizami" layihəsi, 2017-ci ildə "Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası"nın təsdiq olunması kimi bir sıra məsələlərə toxunan natiq aparılan tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyindən danışıb:

"Bu işdə Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması, ali təhsil müəssisələrinin və elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, elmi məqalələrin və elmi jurnalların keyfiyyətinin təmin edilməsi, informasiya kommunikasiya resurslarından istifadənin genişləndirilməsi davamlı inkişafa xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti