...

Komitə: Bu il 7 dini icma ləğv edilib (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2017 17:19 (UTC +04:00)
İl ərzində qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.
Komitə: Bu il 7 dini icma ləğv edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

İl ərzində qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icma ləğv edilib, 2 dini icma dövlət qeydiyyatına alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, bu barədə komitədə keçirilən müşavirədə qurumun Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov deyib.

Şöbə müdiri cari ildə inzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmələrə göndərildiyini qeyd edib.

Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov şöbə tərəfindən dini durumun öyrənilməsi, təhlil olunması, dini icmalarla əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparıldığını bildirib. Şöbə tərəfindən 104 dini maarifləndirmə tədbirinin həyata keçirildiyini deyib.

Tovuz bölgəsi üzrə şöbənin müdiri Rasim Tağıyev milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı şöbə tərəfindən müvafiq qurumlarla birlikdə mütəmadi tədbirlərin görüldüyünü, dini maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti