...

Ukraynada yağan qar Azərbaycana gələn qatarları gecikdirir?

Cəmiyyət Materials 19 Dekabr 2017 16:28 (UTC +04:00)
Ukraynada güclü qar yağması ilə əlaqədar hərəkəti dayanan 30 sərnişin qatarı içərisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə aid qatar yoxdur.
Ukraynada yağan qar Azərbaycana gələn qatarları gecikdirir?

Bakı. Samir Əli - Trend:

Ukraynada güclü qar yağması ilə əlaqədar hərəkəti dayanan 30 sərnişin qatarı içərisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) aid qatar yoxdur.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin sədri Elyar Muradov deyib.

Onun sözlərinə görə, Bakı-Xarkov sərnişin qatarı vaxtında mənzil başına çatıb. Həmçinin, Xarkov-Bakı sərnişin qatarının hərəkət vaxtında da ləngimə olmayıb.

Qeyd edək ki, Ukraynada güclü qar yağması ilə bağlı bu gün 30 sərnişin qatarının hərəkətinin ləngiməsi barədə məlumat verilib. Məlumata görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edib.

Qeyd olunur ki, güclü qar səbəbindən Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları isə bir saatdan çox ləngiyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti