...

Gəncədə bayram tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2017 12:51 (UTC +04:00)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətiylə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi Xəzangül açdı. O, yığıncaq iştirakçılarını hər iki bayram münasibəti ilə təbrik etdi, onlara can sağlığı, işlərində müvəffəqiyyətlər arzuladı.

Şair bildirdi ki, dünya azərbaycanlılarının Həmrəylik günü müqəddəs bayram kimi tarixin yaddaşında ən önəmli yerlərdən birini tutur. Bu bayram bütün dünyada yaşayan azərbaycanlıların vəhdət şəklində bütövlüyünü təmin etdi.

Nə yaxşı ki, bu həmrəylik bayramını bütün azərbaycanlılar ailə bayramı kimi qeyd edir.

Sonra Aləmzər Əlizadə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiylə təbrik söylədi, bu bayramın daha da genişlənməsini arzuladı.

Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli öz çıxışında bu bayramı Dünya Azərbaycanlılarının gələcəyi üçün stimul rolu oynadığını göstərdi.

Şair və yazıçılardan Aydan Murovdağlı, Fərruxə Umarova,Bayram Göyçəli, Ramiz Təmkin, Oktay Abdulla, Rəhim Qurbani, İqbal İsmayılov, Cabbar Haqverdiyev, Zülfiyyə Yaqubqızı və başqaları bayram münasibəti ilə təbriklərini bildirib öz şeirlərini oxudular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti