...

Qobustanda yanğın - 2 uşaq ölüb

Cəmiyyət Materials 4 Yanvar 2018 15:05 (UTC +04:00)
Qobustan rayonunda yanğın olub.
Qobustanda yanğın - 2 uşaq ölüb

Bakı. Trend:

Qobustan rayonunda yanğında 1 və 4 yaşlı iki uşaq ölüb, 1 azyaşlı isə xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qaracüzlü kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti