Bakı. Trend:
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq.
Bu barədə Trend-ə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlik bildirir ki, 21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.