...

Təhsil Nazirliyi məktəblilərin qış tətili ilə bağlı: Fevralın 1-dən dərslər başlayır (ÖZƏL)

Cəmiyyət Materials 22 Yanvar 2018 09:55 (UTC +04:00)
Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.
Təhsil Nazirliyi məktəblilərin qış tətili ilə bağlı: Fevralın 1-dən dərslər başlayır (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu həftənin şənbə günündən orta məktəblərdə şagirdlərin qış tətili başlayır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni 5 gün olacaq. Fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin 7 günü istirahət edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti