...

Əflatun Amaşov: Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir

Cəmiyyət Materials 1 Fevral 2018 13:17 (UTC +04:00)
“Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir”.
Əflatun Amaşov: Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir

Bakı. Elçin Mehdiyev – Trend:

“Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Amaşov bildirib ki, reket jurnalistlər kimlərdənsə dəstək alırlar: “Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar”.

O əlavə edib ki, belə olarsa medianın adından sui-istifadə halları azalar: “Medianın özü də bundan maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Ona görə də Mətbuat Şurası ilə bağlı qanun layihəsinin qəbul edilməsinə, onun statusunun dəyişdirilməsinə ehtiyac var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti