...

“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Fevral 2018 15:25 (UTC +04:00)
Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Uşaqlıq və ahıllıq körpüsünün kəsişməsində daha bir nəslin nümayəndələri durur. Bu, Azərbaycan gəncləridir ki, öz bacarıq və məharətlərini respublikamızın bütün sahələrində sınaqdan keçirməyə hazırdırlar. Əsası ulu öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasına, sosial problemlərinin həllinin həyata keçirilməsinə yardımçı olur. Məhz inkişaf etmiş ölkədə gənc nəslin düzgün formalaşmasına, sağlam inkişafına şərait yaranır. Həyatda düzgün mövqe tutmaq üçün gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində dövlətimiz və Yeni Azərbaycan Partiyası bütün qüvvəsini səfərbər edir. Əlbəttə, ilk növbədə onların amalına inanır, qüvvələrinə güvənərək ölkənin öndə gedən oğullarına, qızlarına yardımçı olur.

İqtisadiyyatın ən önəmli sahələrindən biri sayılan Azərbaycan dəmir yolunda da çoxlu gənc çalışır. Çünki gənc nəslin aparıcı qüvvə olduğu danılmaz faktdır. Ölkənin bütövlüyünün qorunub saxlanması üçün gənc nəsli Vətənə sadiq ruhda yetişdirmək vacib amildir.

Gənclərin sağlam ruhda tərbiyə olunması üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində mütəmadi olaraq tədbirlər keçirilir.

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov açaraq, tədbir iştirakçılarını 2 fevral-Gənclər Günü münasibətilə təbrik edib. O, bildirib ki, 1997-ci ildə ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Gənclər hər bir ölkənin ictimai - siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Ulu öndər Heydər Əliyev gənclərə güvənərək daim onlara böyük etimad göstərirdi. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin hər zaman əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edib.

Ulu öndərin təməlini qoyduğu bu siyasi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra natiq bildirib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmiryolçular bu gün yeniləşmə, yeni texnologiyaları mənimsəmə və sürətli inkişaf dövrünü yaşayırlar. Ölkəmiz Prezident İlham Əliyevin böyük qayğı və dəstəyi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir, ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-qərb, Cənub-Qərb nəqliyyat dəhlizlərinin reallaşması böyük gələcək vəd edir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Bütün bu işlərdə gənc dəmiryolçular aktivlik göstərirlər.

Ərazi ilk partiya təşkilatının üzvləri Həbib Misirov, Söhrab Həşimov və Jalə Əfəndiyeva çıxış edərək ölkəmizdə gənclərə göstərilən qayğıdan danışıblar.

Sonda partiya fəalı Söhrab Həşimov YAP-ın Gənclər Birliyinin 2017-ci ildəki ictimai-siyasi həyatındakı fəal iştirakına görə diplomla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti