...

Bakıda "Radiozavod"da yanğın söndürülüb, ətraf ərazilərə təhlükə yoxdur (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Fevral 2018 20:54 (UTC +04:00)
Bakının Xətai rayonunda zavodda yanğın olub.
Bakıda "Radiozavod"da yanğın söndürülüb, ətraf ərazilərə təhlükə yoxdur (FOTO/VİDEO) (YENİLƏNİB)

İlk xəbər saat 19:39-da yayımlanıb

Bakı. Samir Əli - Trend:

"Radiozavod"da baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 19:17-də nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 kv.m olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08-də söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.

X X X

19:39

Bakının Xətai rayonunda zavodda yanğın olub.

Trend-in məlumatına görə, "Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyinin binasında yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti