...

İmkansız tələbələrin bu ehtiyacları ödənilə bilər - Kirayə haqqı, kitab pulu və...

Cəmiyyət Materials 22 Fevral 2018 16:29 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:.

Yeni hazırlanacaq “Təhsil kreditləri haqqında” qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını – onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur.

Komitə sədri hesab edir ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına töhfə verə biləcək:

“Artıq xeyli vaxtdır ki, cəmiyyətdə təhsil kreditləri ilə bağlı məsələ gündəmdədir. Bununla bağlı parlamentdə müəyyən təkliflər irəli sürülüb. Komitə də belə bir layihənin hazırlanması üçün dünya təcrübəsini öyrənməyi, ölkə reallığını nəzərə alaraq, perspektivdə “Təhsil kreditləri haqqında” qanun layihəsini hazırlamağı nəzərdə tutur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti